Layihələrimiz

"Aydınlığa doğru" milli -mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə Dəyərlərinin İnkişafı" layihəsi çərçivəsində Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 234 saylı orta ümumtəhsil məktəbin konfrans zalında 8-ci sinif şagirdləri ilə "Ailə - şəfqət, sevgi, həmrəylik, birlik, sədaqət, səadət məktəbidir" mövzularında söhbətlər aparıldı. 

AİLƏ nigah yoluyla bir araya gəlmiş, bir dam altında yaşayan ən kiçik və önəmli sosial grupdur. Ailə, cəmiyyətin özəyi, təməl daşıdır. Ailə, problemlərin və vəzifələrin, sevinc və kədərin paylaşıldığı, dərdlərin anlaşıldığı bərəkətli bir yerdir....

  "Ailə akademiyası" layihəsi çərçivəsində məktəblərdəki görüşlərimiz davam edir. Xəzər rayonu 216 saylı orta məktəbdə valideynlərlə  görüşmüz baş tutdu. Görüş iştirakçıları "Aydınlığa doğru" İctimai Birliyinin əməkdaşı Zülfiyyə Əmrahlının ailə dəyərlərinə həsr olunmuş söhbəti maraqla dinlədilər, belə görüşlərin tez-tez keçirilməsi arzusunda olduqlarını bildirdilər.

Narkomaniya yeni yaranan müstəqil dövlətimiz üçün ciddi bəladır. Bu bəla ailələrdə münaqişələr yaranmasına səbəb olur. Münaqişələr isə uşaqların hər cür diqqət və qayğıdan kənarda qoyur. Məlumdur ki, uşaq üçün ilk sosial mühit ailədir. Bu mühit uşaqların tərbiyəsində böyük rol oynayır. 

"Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai birliyinin əməkdaşı İlahiyyatçı Ağa Hacıbəyli  "Ailə akademiyası" layihəsi çərçivəsində Xəzər rayon 262  № li tam orta  məktəbdə “Ailə dəyərləri” mövzusunda şagirdlərlə  görüşmüşdür.  Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. 

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB