Layihələrimiz

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyində Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun yaradıcılığı ilə bağlı tədbir keçirilib.

 “ Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin, Türk İş Birliyi və Koordinasya Agentliyi (TİKA) ilə birlikdə istehsal etdiyi "Onlardan biri mənəm! " sosial çarxı “Azərbaycan ailəsi-2015” film festivalında "Ən yaxşı sosial çarx" nominasiyası üzrə qalib elan olunub.

Son illər cəmiyyətin aktual problemlərindən biri də boşanmalardır. Ailə dəyərlərinin iflasa uğradığı bir zamanda biz “ Aydınlığı doğru” İctimai Birliyi olaraq “Onlardan biri mənəm” adlı  çarx çəkməyi özümüzə borc bildik. Bu çarx birliyimizin uzunmüddətli layihəsi olan  “ Ailə akademiyası “ layihəsi çərçivəsində çəkilib. Sosial çarxın rejissoru  Elxan Ceferov, operatoru  Nadir Mediyev, Ssenaristi Günel Mönsümovadır. Çarxda 2014-cü ilin statistik məlumatlarından istifadə olunub. Bu çarx Türkiyə İşbirliyi və Koordinasiya agentliyinin (TİKA)  dəstəyi ilə çəkilib. Çəkilişdə əməyi keçən hər kəsə təşəkkür edirik.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB