Kiv üçün məlumat

Təhsil Nazirliyinin razılığına əsasən, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən Binəqədi rayonundakı ümumi təhsil məktəblərində keçirilən görüşlərdə müəllimlər, VIII-X sinif şagirdləri, valideynlər və psixoloqlar iştirak ediblər.

 "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin əməkdaşı Binəqədi rayonu 284 №-li  tam orta məktəbdə “Ailə Akademiyası” layihəsi çərçivəsində  məktəbin VIII-X sinif şagirdlərinin və müəllimlərinin   iştirakı  ilə görüş keçirilmişdir. Tədbirdə mühazirəçi qismində  Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov  iştirak etmişdir.

 "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin əməkdaşı Binəqədi rayonu 276 №-li  tam orta məktəbdə “Ailə Akademiyası” layihəsi çərçivəsində  məktəbin VIII-X sinif şagirdlərinin və müəllimlərinin   iştirakı  ilə görüş keçirilmişdir.

"Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüşün qonağı gənc yaşlarından klassik ədəbiyyata meyl etmiş, gözəl qəzəllər müəllifi olan Arif Buzovnalı idi. Bir-birindən gözəl beş kitab müəllifi və geniş dünyagörüşünə malik şəxsiyyət olan Arif Buzovnalı eyni zamanda mətbuatda müxtəlif mövzularda məqalələrlə çıxış edir.

“Ailə Akademiyası” layihəsi çərçivəsində  növbəti görüş  Binəqədi rayonunda   yerləşən 301  №-li  tam orta məktəbdə  baş tutdu. 

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB