Kiv üçün məlumat

İyulun 22-də  “Aydınlığa doğru milli-mənəvi dәyərlərin qorunması” İctimai Birliyində müsəlman fəlsəfi fikir tarixində görkәmli iz qoymuş  mütәffәkir,  şair Mövlanə Cəmaləddin Rumi və dövrünün tanınmış sufi alimi Şəms Təbrizinin yaradıcılığına hәsr olunmuş mühazirə keçirilib. 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram ofisinin (TİKA)nın “Ailə dəyərlərinin inkişafı”  layihəsi çərçivəsində  “Aydınlığa doğru” milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin “Ailə akademiyası” layihəsinin yay   məktəbi  1-5  iyul tarixlərində  Azərbaycanın şəfalı guşələrindən biri - Qubada  keçirilib.

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyində qarşıdan gələn tədris ilində orta məktəblərin yuxarı sinif şagirdləri və valideyinlərlə Azərbaycanda “İslam həmrəylik ili” ilə əlaqədar olaraq “Aydınlığa doğru”nun Təhsil Nazirliyinin razılığı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçiriləcək “İslam həmrəyliyi ilə bağlı layihə”nin icra mexanizmi müzakirə edilmişdir.

Ramazan ayı boyunca birliyimizdə Azərbaycanın tanınmış İlahiyatçılarının  mühazirələri təşkil edilmişdir. 

“Ailə Akademiyası” layihəsi çərçivəsində  növbəti görüş  Binəqədi rayonunda  yerləşən 314 №-li  tam orta məktəbdə  baş tutdu. Əməkdaşımız Ağa Hacıbəylinin   təqdimatında    keçən " Ailə dəyərləri" mövzusunda  görüşdə  məktəbin  müəllimləri və şagirdləri iştirak edirdi. 

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB