“Klassik ədəbiyyatımızda gözəllik, sevgi və mey anlamları” mövzusuna həsr olunmuş tədbir keçirildi

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti tədbir keçirildi. Görüşün qonağı fəlsəfə üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Mail Yaqubov idi. 


“Klassik ədəbiyyatımızda gözəllik, sevgi və mey anlamları” mövzusuna həsr olunmuş tədbirin moderatoru, telejurnalist Lalə Cəfərova iştirakçıları öncə Mail Yaqubovun həyat və fəaliyyətini əks etdirən slaydı izləməyə dəvət etdi. Sonra sözə başlayan Mail müəllim klassik ədəbiyyatımızda tez-tez rast gəldiyimiz eşq, gözəllik və mey anlamlarının əslində nə məna kəsb etdiyindən danışdı. İlahi sevgini təcəssüm etdirən bu kəlmələrin çox zaman doğru anlaşılmadığı qeyd edən Mail Yaqubov oxucuların yalnız hərfi mənanı qəbul edib, sətiraltı mənanı görə bilmədiklərini söylədi. Mail Yaqubov eləcə də: “Təsəvvüf alimlərinin fikrinə görə (artıq müasir elm də bunu təsdiq edir) ağızdan çıxan söz o andaca ifadə etdiyi mənanın formasını alır, yəni maddiləşir və insanın fəaliyyətinə təsir edir. Dolayısyla, biz öz sözlərimizlə həyatımızın axarını dəyişə bilərik”- dedi.
Qəzəl və sərbəst vəzndə yazan müasir şairlərimizin şerlərindən də sitatlar gətirən Mail müəllim, eyni zamanda, ona verilən çoxlu sayda tamaşaçı sualını cavablandırdı, olduqca səmimi və qarşılıqlı ünsiyyət şəklində keçən görüş üçün “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirliyə öz dərin təşəkkürünü bildirdi. Görüşün sonunda xatirə şəkli çəkildi.

 

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması 
İctimai Birliyinin mətbuat xidməti

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB