“Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüş keçiriləcək

Əziz dostlar!

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüşün qonağı həkim-psixoterapevt, AzTV-da “Ailə həkimi” sağlamlıq proqramının aparıcısı Əli Nağıyevdir.

“İqtisadi inkişaf və ruhi kasıblıq” mövzusunda keçiriləcək görüşə elm xadimləri, tanınmış ziyalılar və tələbə-gənclər dəvət olunub. Görüşdə müasir həyatımızdakı gərginliyin, stress və depressiyaların artma səbəblərindən danışılacaq, əxlaqsızlığın, rüşvətxorluğun, narkomaniyanın təbii fəlakətlərlə, xəstəliklərin çoxalması ilə əlaqəsindən söhbət açılacaq. Eləcə də, iqtisadi inkişafın, komfortlu həyat tərzinin və sağlam olmayan qidalanmanın insan xarakterinə və ruhuna təsirindən bəhs ediləcək. 

Sizləri bu maraqlı görüşə dəvət edirik! Görüş 15 oktyabr 15:00-da “Aydınlığa doğru” İctimai Birliyinin ofisində keçiriləcək.

Ünvan: M.Rəsulzadə qəs., C.Məmmədquluzadə küç., 27 (Nəsimi m\s yaxınlığı)

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması

İctimai Birliyinin mətbuat xidməti

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB