Bəşəriyyət qadınla yüksələcək

Bəşəriyyət qadinla yüksələcək

İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211-1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi.

Gender bərabərsizliyinin və ya bərabərliyinin ən çox dartışıldığı bir dövrdə yaşayırıq. Hər gün bu mövzuda yeni nəsə eşidirik. Hər gün alimlərlə din xadimlərinin arasındakı mübahisələrə şahid oluruq. 

Heredotun kitabında yer alan əfsanəvi hadisələrdzn biri də İran şahı Kirin b. e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına ( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər) yürüşü zamanı öldürülmüşdü. Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir.

Ölkənin «Birinci xanımı» (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. XIX əsrin ortalarından başlayaraq Amerika prezidentlərinin xanımlarını sadəcə «First lady» adlandırmağa başlamışlar.

Azərbaycanda qadının kişi ilə hüquqları birdir, ancaq sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB