Bəşəriyyət qadınla yüksələcək

Bəşəriyyət qadinla yüksələcək

 Evlilik və onun əhəmiyyətindən bəhs edən məqaləni qələmə almaqda məqsədimiz son dövrlərdə ailə institutunun getdikcə zəifləməsi, bu sahədə problemlərin çoxalması və nəticədə cəmiyyətdə boşanma hallarının artmasıdır. 

Ailə və nikah Uca Yaradanın bizə bir lütfüdür, lakin bunun qalıcı və möhkəm olmasının yükü insanın çiyinlərinə düşür. Qadın və kişi öz üzərlərinə düşən vəzifələri lazımi şəkildə yerinə yetirdikdə ailə həqiqətən xoşbəxt olur.

Allaha könüldən bağlı olan müsəlman qadınlar, bütün həyatlarını Allahın bildirdiyi hökmlərə görə nizamlayar və Quran əxlaqını yaşamaq haqqında böyük bir diqqət  göstərərlər.

Quran əxlaqına görə yaşamayan cəmiyyətlərdə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu kəslərin üfüqlərini çox daraltmış, ideallarını, düşüncələrini və həyat tərzlərini dar sahə ilə məhdudlaşdırmış olmalarıdır.

Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (səv)-in ilk xanımı olan Hz. Xədicə (r.ə), eyni zamanda Müsəlmanlığı ilk qəbul etmiş qadın olaraq üstün əxlaqı və imanıyla hər zaman möminlərə nümunə olmuşdur. 

Pages

“Vətən sevgisi imandandır” deyiblər. Nədən belədir görəsən? Bunun hikmətini axtarsaq? belə nəticəyə gəlmək olar ki, məhz  imanımıza xas olan dəyərləri yaşayıb həyata keçirmək üçün vətənə ehtiyac var. Böyüklərin dediyi kimi “Din vətəndə yaşanar, bayraq vətəndə dalğalanar və namus vətəndə qorunar”.

“Ailə” və “ev” sinonim kimi insanların şüuruna həkk olunub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük.

Ümumi götürdükdə ailə büdcəsi dövlət büdcəsindən heç nə ilə fərqlənmir. Ailə büdcəsi, müəssisənin büdcəsi və dövlət büdcəsi ardıcıllıqla gedən, bir-birinə bənzəyən gəlir və xərclərin planlaşdırılmasından asılı olan eyni strukturdur. 

Uca Yaradanın bəşəriyyətə nazil etdiyi sonuncu, kamil din olan İslamda uşaqların tərbiyəsinə xüsusi önəm verilir.

“Ailə cəmiyyətin kiçik modelidir”.  Elə isə cəmiyyətin kiçik modelində özünü doğrulda bilməyi bacaran insanlar böyük cəmiyyətə yelkən açmaqdan qorxmazlar. 

Pages

Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - ozamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul universitetində təhsil alırdı.

Gündəlik həyatınızda istifadə etdiyiniz alətlər, texnika, mebel, tibbi avadanlıqların necə və kim tərəfindən icad edildiyini hec düşünmüsünüz? İxtiraçı dedikdə ağlımıza lampanı icad edən Tomas Edison, cazibə qüvvəsini tapan Nyuton, ya da telefon ixtiraçısı olan Aleksandr Qraham Bell gəlir. Ağlımıza ilk anda gələn bütün ixtiraçıların ortaq xüsusiyyətləri isə onların kişi olmasıdır.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən türk-islam aləmində ilk qadın millət vəkili seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.

İlk azərbaycanlı musiqişünas qadın, Azәrbaycan musiqişünaslığının tәşәkkülü, musiqi tәһsili vә mәdәniyyәtinin inkişafında әһәmiyyәtli xidmәtləri olan Azərbaycanın əməkdar incəsənət xadimi (1943) Xurşid Həsən bəy qızı Ağayeva 20 aprel 1906-cı ildə Bakıda anadan olmuşdur.

Tarixdə tanımadığımız qadınlar haqqında nə bilirik?Onlar haqqında məlumatımız varmı.Tarixinfo vasitəsilə Azərbaycanın Almaniyada yaşamış ilk xeyriyyəçi qadını Mehparə xanım Tağızadə və öz gözəlliyinə görə "Qafqazın qızılgülü" adlandırılmış Kərimət xanım haqqında  məlumatları sizlərlə bölüşmək istərdik.

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB