Nikahdan öncə xəstəliyini gizlədən şəxsi hansı cəza gözləyir? Xəstə vətəndaş nikah bağlaya bilməz?

Nikahdan öncә xәstәliyini gizlәdәn şәxsi hansı cәza gözlәyir? Xәstә vәtәndaş nikah bağlaya bilmәz?

 

"Ailә kiçik dövlәtdir. Bu dövlәtin fundamenti, özülü necә qoyulursa, elә dә davam edir. Bu baxımdan nikahdan öncә tibbi müayinәdәn keçmәk sağlam ailә üçün önәmli addımdır".

Bu fikirlәri ailә mәsәlәlәri üzrә ekspert Nigar Muradova APA TV­nin “Ailә mәsәlәsi” verilişindә sәslәndirib. Nikahdan öncә icbari tibbi müayinәnin müzakirә olunduğu verilişdә Vәkillәr Kollegiyasının üzvü Araz Yusifov da iştirak edib. Qonaqlar mövzu ilә bağlı fikirlәrini әsaslandırmağa çalışıblar. N. Muradovanın fikrincә, nikahdan öncә tibbi müayinә zәruridir vә belә bir tәlәbin qoyulması ailә quran insanların özü üçün faydalıdır: " Biz tәcrübәmizdә problemli ailәlәrlә çox qarşılaşmışıq. İnanın ki, nikaha daxil olan şәxslәrdәn birindә xәstәlik olarsa vә qarşı tәrәfdәn gizlәdirsә, sonradan bu әsl ailә faciәsinә çevrilir. Xüsusәn dә әgәr belә bir nikahdan qüsurlu uşaq dünyaya gәlirsә, әr­arvadın münasibәtlәri tamam korlanır, ailә dramı yaşanır".

N.Muradova әlavә etdi ki, tibbi müayinәnin pulsuz aparılması, dövlәtimiz tәrәfindәn atılan humanist bir addımdır: " Bu alqışlanacaq bir qәrardır. Әgәr bu gün dövlәtimiz nikaha daxil olan şәxslәr üçün belә bir böyük imkan yaradıbsa, niyә buna etiraz etmәliyik? Bәzi gәnclәrimiz hәlә dә icbari tibbi müayinәni qәbul etmәk istәmirlәr. Belә düşünürlәr ki, birdәn mәndә xәstәlik aşkar edilәr vә mәn qarşı tәrәfin gözündә qüsurlu, problemli insan durumuna düşәrәm.

Hәm dә özgüvәnlәrini itirmәkdәn ehtiyat edirlәr. Amma hәqiqәtlәrlә barışmaq lazımdır. Bu kimi sәbәblәrә görә tibbi müayinәni ertәlәmәk yalnız zәrәr verә bilәr. Mәsәlәn, әgәr birisindә xәstәlik varsa, bu әvvәl­axır üzә çıxacaq. Ya övladın dünyaya gәlmәmәsindә, ya qüsurlu uşağın doğulmasında vә s. Yәni sonradan daha böyük faciәlәr yaşamamaq üçün bu gün xәstәliklәr aşkar edilmәli vә nәticәyә uyğun qәrarlar qәbul olunmalıdır".

Nikahdan öncә xәstәliyini gizlәdәn şәxsi hansı cәza gözlәyir? Xәstә vәtәndaş nikah bağlaya bilmәz?

"Ailә kiçik dövlәtdir. Bu dövlәtin fundamenti, özülü necә qoyulursa, elә dә davam edir. Bu baxımdan nikahdan öncә tibbi müayinәdәn keçmәk sağlam ailә üçün önәmli addımdır".

A.Yusifov da mövzu ilә bağlı fikirlәrini bölüşdü: "Daha әvvәl dә Ailә Mәcәllәsinin 13­cü maddәsindә nikahdan öncә tibbi müayinәnin keçirilmәsi nәzәrdә tutulmuşdur. Lakin bu müayinә icbari deyildi. 17 oktyabr 2014­cü il tarixindә Ailә Mәcәllәsindә edilәn dәyişikliyә әsasәn artıq müәyyәn edildi k, nikaha daxil olan şәxslәr mütlәq tibbi müayinәdәn keçmәlidirlәr. Bunun üçün tibb müәssisәlәrinә müraciәt edәrәk, arayış almalıdırlar. Sonra әrizәyә hәmin arayışı әlavә edib, qeydiyyat orqanına nikah üçün müraciәt edә bilәrlәr".

Hüquqşünas qeyd etdi ki, qanunda edilәn bu dәyişikliyin mәqsәdi var: "Әsas hәdәf sağlam ailәnin formalaşmasına şәrait yaratmaq vә qüsurlu doğulacaq uşaqların qarşısını almaqdır. Mәn buna bir әlavә dә etmәk istәyәrdim. İcbari tibbi müayinә hәtta gәlәcәkdә etibarlı vә inamlı ailә münasibәtlәrinin yaranmasına da xidmәt edir. Әgәr xәstәliyi olan şәxs nikahdan öncә qarşı tәrәfi mәlumatlandırmırsa, bu sonda ailә daxilindә inamsızlığa, etibarsızlığa sәbәb olur. Dәfәlәrlә bu problemi yaşayan ailәlәrlә qarşılaşmışıq. Bәzәn tәrәflәr arasında barışıq baş tutsa da, çox vaxt boşanma ilә nәticәlәnib".

 

Mәnbә:  /mir/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB