Uşağı məşğul etmənin 30 üsulu (Montessori sistemi üzrə)

İtaliyalı pedaqoq Mariya Montessori 3-5 yaş arası uşaqların tərbiyə metodu kimi xüsusi və mürəkkəb inventar tələb etməyən inkişafetdirici oyunlar təklif etmişdir. Bu oyunlarda yalnız əl altında olan vasitələrdən istifadə edilir: qapaqlı bərnilər, camaşır sancaqları, yarmalar, eləcə də öz əllərinizlə tikdiyiniz oyuncaqlar. Əsas olan budur ki, uşağı xırda əşyalarla oynayarkən nəzarətsiz buraxmayasınız.

Bu yazıda sizə soyuq payız axşamlarında uşağı məşğul etməyin 30 üsulu göstərilmişdir.

Şüşələr və kiçik ölçülərdə müxtəlif bərnilər götürün. Qapaqlarını açıb bir-birinə qarışdırın və uşağa qapaqları uyğun şəkildə tapıb bağlamağı təklif edin.
Sabun və süngər götürün, tələsmədən uşağa qabı necə yumaq gərək olduğunu göstərin, sonra isə bunu etmək üçün ona icazə verin.
Yarmanı dağıdın, sonra onu birlikdə süpürüb yığın.
Suyu dağıdın və birlikdə silin.
Adi və dəmir düymələr, qarmaqlar, bağlar götürün. Məsələn, dovşan və yerkökü düzəldin, onları bağ, düymə və ya qarmaq vasitəsilə bir-birinə bərkidin. Sonra uşağa “dovşana yerkökü yedizdir” oyunu təklif edin.
Müxtəlif toxunma forması olan (ipək, pambıq, yun) parça kəsikləri götürün. Əl ilə toxunduqda onların necə olduğunu (tikanlı, yumşaq, sürüşkən) uşağınızla müzakirə edin. Sonra uşağa onlara cütlük tapmağı təklif etdin.
Kiçik əşyaları – düymələri, mozaika və s.) su doldurulmuş bərninin içərisinə atın və uşağa onları qaşıqla götürüb çıxarmağı öyrədin.
Uşağa yaxşı tanış olan 8-10 əşyanı (lent, qələm, daraq, rezin dovşan və s.) bir kisənin içinə qoyun. Uşaq gözləri bağlı halda bu əşyaları bir-bir çıxarıb adlarını deyir. Sonra bütün əşyaları “d” hərfinin üstünə qoymaqla tapşırığı bir az çətinləşdirmək olar. Bu zaman taktik hissiyyatlar inkişaf etdirilir. Eyni zamanda bu qayda ilə əlifbanın hərflərini və sözlərdəki səsləri ayırd etməyi öyrənmək olar.
İki boşqab, süngər və susəpən götürün. Boşqabın birinə su tökün və süngərlə çəkib digər boşqaba sıxın. Bunu uşağınıza öyrədin.
Rəngli muncuqlar, qutular. Muncuqları bir-birinə qarışdırın və uşağa onları rənglərinə görə seçib ayrı-ayrı qutulara yığmağı tapşırın. Əvvəl iki qutuya, sonra üç və beləcə davam edərək qutuların sayını artırın.
Muncuqlar, nəlbəki, kiçik rezin şlanq parçası. Şlanq parçasını ortadan uzununa kəsin və kiçik “qorka” düzəldin. Muncuqlar bir-bir “qorka”dan diyirlənməklə altındakı nəlbəkiyə yığılır. Bu oyunda uşağınızla yarışa da bilərsiniz: kimin muncuğu daha tez nəlbəkiyə düşəcək?
Kağızı əzin, qatlayın və ya cırın – bu əllərin cəldliyi və kiçik motorikanın inkişafı üçün faydalıdır. Oriqami eyni zamanda fəza təxəyyülünü və yaradıcı qabiliyyəti inkişaf etdirir, çertyojları oxumağı öyrədir.
Kəndirdən asılmış 1, 2 və 3 kq yüklərlə dolu kisələr. Uşaq onları öz arxasınca dartacaq. Bu hərəkət bədən gücünü, əllərin dözümlülüyünü və böyük motorikanı inkişaf etdirir.
Ortasında dəlik olan müxtəlif fiqurların kəndirə düzülməsi.
Taxta çəkic və mismarlar. Bunları plastilinə və yumşaq gilə vurmaq olar.
Qapağında dəlik açılmış bərnilər. Bu dəliklərdən bərninin içinə tıxac, mucuq, düymə və porolondan olan kiçik toplar atmaq olar.
Xırda və iri lobya ilə dolu kisələr. Lobyaları dolu kisədən boş kisəyə yığmaq və onları bir-birinə qarışdırıb sonra seçib ayırmaq olar. Lobya olan kisələrin içinə kiçik oyuncaqlardan gizlədin və uşağa onu tapmasını söyləyin.
Dəftərxana düymələri və penoplast.
Buz üçün forma və pinset, muncuqlar və ya giləmeyvə. Bir yaşa qədər olan uğaqlar formanın içindən muncuq və ya giləmeyvəni əlləri ilə çıxarsınlar.
Sini, manna, lobyalar və ələk. Qoy uşağınız mannanın içinə gizlədilmiş lobyaları tapıb çıxarsın və onları bərninin içinə yığsın. Mannanı ələkdən keçirilməsini uşağa göstərmək olar. 
Uşağı masa arxasına əyləşdirin və masaya un səpin. Qoy taxta çubuq, fırça və barmağı ilə istədiyi qədər “çəksin”.
Qapaqsız kiçik qutu və camaşır sancaqları. Əgər uşaq çox balacadırsa, sancaqları qutunun perimetri üzrə sancın, qoyun uşaq onları çıxarsın. Daha böyük uşaqlara sancaqların necə sancıldığını göstərin, onlar bunu təkrar etməyə çalışacaqlar.
Maqnit (mümkündürsə bir az böyük) və müxtəlif əşyalar (dəmir və ya dəmirdən olmayan). Uşaq yoxlayacaq hansı əşyalar maqnitə yapışır, hansılar yox.
Su ilə dolu plastik fincan, bir damcı maye sabun və fırça. Qoyun uşaq suyu “köpükləndirsin”.
Müxtəlif diametrli üç qazan və qapaqları. Qoyun uşaq doğru qapağı tapsın. Qazanları bir-birinin içinə qoyub çıxarmaq da olar.
Qabyuyan maşından qabları götürərkən uşağa çəngəl-qaşıqları çıxarmağa icazə verin. Bu zaman kəsici əşyalardan diqqətli olun.
İçərisində su olan hündür plastik stəkan və  ya vaz, müxtəlif kiçik əşyalar: qozalar, qaykalar, muncuqlar, plastik detallar, folqadan düzəldilmiş kiçik şarlar. Uşaq əşyaları bir-bir suya atdıqca hansıların batıb hansıların batmadığı deyin: “bu ağırdır, bu yüngüldür”.
Köhnə qəzet və jurnalları götürün. Onları zolaqlara və ya kiçik hissələrə bölərkən əl hərəkətləri inkişaf edir. Lakin əvvəlcə bunu doğru şəkildə etməyi göstərin: hər iki əlin eyni barmaqları ilə vərəqi tutub kənarlara tərəf dartın. Sonra xırdalanmış kağız parçalarını toplayıb “Payız gəldi!” nidaları ilə yuxarı ataraq yarpaq tökülməsini oynamaq olar. Lap sonda isə “yarpaqları” uşaqla birlikdə toplayaraq otağı təmizləyin.
Plastilin köməyə çatır! Plastilindən elə həmən yapma işləri etmək məcburi deyil ki!.. Əvvəlcə onu əl ilə əzmək olar – bu zaman əl və barmaqlar masaj olunur, onların əzələləri möhkəmlənir. Sonra plastilindən fətir düzəldib xırda əşyaları (muncuqlar, düymələr, daşlar, balıq qulaqları, lobyalar və s.) ona batırmaq olar.
Əşyaların bağlarını, “molniyaları”, cırt-cırtları açıb bağlamaq çox faydalıdır. Bu üsulun tətbiq olunduğu çoxlu oyuncaq vardır. Lakin evdəki əşyalardan da istifadə edə bilərsiniz. Bir yığın əşyanı tökün uşağın qarşısına, qoyun onların üzərində olan açıb-bağlanan nə varsa, açsın-bağlasın.

Mənbə: /AdMe.ru/ və /azerimuslums/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB