Azərbaycan xalqı və dövləti sevincinizi olduğu kimi, kədərinizi də bölüşür. Vətən sağ olsun, Türkiyə!

Qardaş Türkiyədə törədilmiş dəhşətli terror aktı nəticəsində 100-ə yaxın günahsız insan həlak olmuş,  200-ə yaxın insan yaralanmışdır. Bu amansız hücuma heç vəchlə haqq qazandırmaq olmaz. İnanırıq ki, insanlığa sığışmayan bu vəhşiliyi planlaşdıranlar və törədənlər tezliklə ədalət məhkəməsi önündə cavab verəcəklər.  

 Bu çətin günlərdə qəlbimiz qardaş türk xalqının qəlbi ilə bir vurur. Bütün səmimiyyətimizlə həlak olanların yaxınlarına Allahdan səbir, yaralananlara şəfa diləyirik. Xainlər bilsinlər ki, belə cinayətlərlə türk xalqının əzmini qıra və Türkiyə Cümhuriyyətini sarsıda bilməyəcəklər.

Azərbaycan xalqı və dövləti sevincinizi olduğu kimi, kədərinizi də  bölüşür. Vətən sağ olsun, Türkiyə! 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB