Müsəlman Qadın güclü və iradəli bir xarakterə sahibdir

Cahiliyyə əxlaqında güc deyildikdə pul, şan-şöhrət, nüfuz nəzərdə tutulur. Bunlardan ən azı biri əldə edilə bilinəcəyi zaman güclü olacağına inanılır. Bəzən də insanlar bu xüsusiyyətlərə sahib olan şəxslərin himayələri altında olacaqları zaman özlərini güclü hiss edəcəklərini düşünürlər. Halbuki, dünya həyatının ötəri dəyərləriylə qazanılan və hər an əldən çıxma təhlükəsi olan gücün, eyni şəkildə asanlıqla itirilməsi də mümkündür.

Möminlər isə güclərini imanlarından alırlar. Buna görə də şərtlərdən asılı olmayaraq güclərində heç bir dəyişiklik olmur. Bu, mömin qadının da xarakterini təyin edən əhəmiyyətli xüsusiyyətdir. Allah Quranda güclü, heç zaman sarsılmayan, şərəfli xüsusiyyətə sahib olan şəxsiyyətlərə belə diqqət çəkir:

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə Surəsi, 54)

Allahın bu ayədə bildirdiyi  başqa əhəmiyyətli mömin xüsusiyyəti isə iman edənlərin, insanların qınamasından təsirlənməyən güclü şəxsiyyətə sahib olmalarıdır. Möminlər tarix boyu bir çox peyğəmbərin yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif şəkillərdə günahlandırılıb qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini və hətta bu səbəbdən öldürüldüklərini bilirlər.Peyğəmbərlərin bütün bu çətinliklər qarşısında göstərdikləri  güclü, əzmli və möhkəm şəxsiyyəti, səbri, dözümü və təvəkkülü özlərinə nümunə götürürlər. Allahın “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.” (Ali İmran Surəsi, 186) ayəsiylə bildirdiyi kimi, dünya həyatındakı imtahanın bir tələbi olaraq möminlərin çətinlik və sıxıntılarla sınanacaqlarını, inkar edənlərdən ‘əziyyət verən’ sözlər eşidərək qınanacaqlarını bilirlər. Bütün bunları Allaha qarşı olan səmimi imanlarını, təslimiyyətlərini və sədaqətlərinin gücünü göstərə biləcəkləri hadisələr olaraq görüb şövqlə qarşılayır və güclü iradə göstərirlər.

“İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (Bəqərə Surəsi, 277)

Heç vaxt cahiliyyə əxlaqını yaşayan qadınlar kimi zəiflik göstərmirlər. Kiminsə sözü, hərəkəti, ya da tənqidi, zəiflik edib gücdən düşmələrinə, cəsarətlərinin qırılmasına səbəb olmur. Küsəyənlik, emosionallıq kimi romantik reaksiyalar verməyi heç vaxt özlərinə yaraşdırmırlar. Hər zaman Allaha təvəkkül edirlər. Başlarına gələn hadisələr qarşısında Allahın hər şeyi görüb bildiyini, sonsuz ədalət sahibi olduğunu, heç kimin“xurma çərdəyindəki nazik tel” (Nisa Surəsi, 49) qədər belə haqsızlığa uğradılmayacağını bilərək rahat olur, Allaha təslim olurlar. Özlərini qınayan adam haqsızdırsa, bu haqsızlığını Allahın mütləq ortaya çıxaracağını bilir, bundan ötəri narahat olmurlar.

Bəzi cahiliyyə qadınları isə güc və iradənin kişilərə məxsus xüsusiyyətlər olduğuna inanırlar. Çətinliklər və sıxıntılar qarşısında kişilərin dözümlü olmalarını və qadınlara dəstək olmalarını gözləyirlər. Qadınların görə biləcəkləri ən yaxşı işi isə onlara sığınmaq və onların ağıllarına, iradələrinə və güclərinə təslim olmaq olduğunu zənn edirlər. Buna görə də daim kişilərin özlərini qorumağını gözləyirlər. Xüsusilə də çətin və sıxıntılı mühitlərlə qarşı-qarşıya qaldıqlarında bütün güclərini və iradələrini də itirir, narahat olurlar. Bu da fikirlərinin qarışmasına və məntiqli düşünmə qabiliyyətlərini itirmələrinə səbəb olur.

Bunun kimi cahiliyyə əxlaqını mənimsəyən bəzi qadınlar, sahib olduqları bu zəif şəxsiyyətlərinə görə insanların özləri haqqında nə düşündüyünə də həddindən artıq əhəmiyyət verirlər. Çox vaxt sırf insanların gözünə girmək, onlar üzərində müsbət təəssürat yaradıb aralarında yaxşı mövqe qazanmaq üçün səhv olduğunu bildikləri hərəkətləri edirlər. Bu insanlar tərəfindən bəyənilmədikdə, qınandıqda, təhqir olunduqda və ya buna oxşar hər hansı bir söz eşitdikdə depressiyaya düşürlər. Sadəcə Allah Qatındakı dəyərlərinin əhəmiyyətli olduğunu düşünmədikləri, bunun əvəzinə yalnız insanların razılığını hədəflədikləri üçün bütün əməllərinin hədər olduğuna inanır və üzülürlər. Əhvallarının pozulmasıyla yanaşı bütün güclərini, iradələrini və cəsarətlərini itirirlər.

Müsəlman qadın isə doğru olduğunu bildiyi bir mövzuda heç vaxt insanların qınamasından qorxub geri addım atmır. Allah Quran ayələri ilə insana doğrunu və yanlışı bütün xırdalıqlarıyla bildirmişdir. Müsəlman qadının rəhbəri Qurandır. Əgər müsəlman qadın Allahın Quranda bildirdiyi əxlaqı yaşadığı üçün ətrafındakı insanlar tərəfindən qınanırsa, bu tam əksinə onun bu istiqamətdəki şövqünü, iradəsini və istəyini daha da gücləndirir. Onun üçün Allahın razılığını qazanmaq insanların məmnuniyyətindən və düşüncələrindən daha vacibdir. Çünki insanı qiymətli edən Allah Qatındakı mövqeyidir. Bunu təyin edən də onun Quran əxlaqına uyğun hərəkət etməsidir. Buna görə də insanların düşüncəsinə, ya da camaatın qənaətinə deyil, Quran əxlaqına uyğun hərəkət edirlər. Tək qalsalar belə çoxluğa tabe olmur, müstəqil  hərəkət edirlər.

 

/qurandaqadin.com/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB