Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova

1976 - Tbb elmləri doktoru, professor, Əməkdar həkim Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova vəfat etmişdir.
Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhəriində anadan olmuşdur.
Bakıda orta məktəbi bitirəndən sonra Azərbaycan Tibb İnstitutuna  (hazırkı Azərbaycan Tibb Universitetinə)  qəbul olmuşdur.
İnstitutu tamamlayandan sonra həkim işləmişdir. 1933-70-ci illərdə Azərb. Dövlət Tibb İnstitutunun  Mama-ginekologiya kafedrasın professoru və sonra kafedra müdiri işləmişdir.
1968-74-cü illərdə respublikanın Mama-Ginekoloqları Elmi Cəmiyyətinin sədri olmuşdur.
Tədqiqatı, əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edilmişdir. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir. 

 Məhbubə xanım Mahmudbəyova 1960-cı ildə Əməkdar həkim fəxri adını,  daha sonra "Səhiyyə əlaçısı" döç nişanını almışdır.

 

 

 

     Mənbə: / anaveusaq.az

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB