"Ailə Akademiyası" bölgələrdə...

 “Aydınlığa doğru” milli-mənəvi  dəyərlərin qorunması İctimai Birliyi Tika-nin dəstəyi ilə 2015-ci ildən  etibarən Bakının müxtəlif rayonlarının 10 mində çox yuxarı sinif şagirdi və valideynlər arasında həyata keçirdiyi “Ailə Akademiyası” layihəsini  bu dəfə  Tovuz və Şəmkir rayonları sakinləri  keçirdi.  Aşınmaqda olan ailə dəyərlərinin bərpasına yönələn layihə   görüş iştirakçılarına iki mərhələdə təqdim olundu. 

 Tovuz rayonada başlayan görüşün moderatoru  tanınmış  jurnalist Lalə Əliyeva iştirakçılara problemi əks etdirən sosial çarxı təqdim etdi. Daha sonra Dimed klinikasının baş həkimi Səfərbəy Səfərbəyov diqqəti Azərbaycanda getdikcə artan boşanmaların səbəblərinə və çıxış yollarına  yönəltdi. Əməkdar müəllim “Ailə Akademiyası” layihəsinin müəllifi Səbinə Rəsulova  aiklə dəyərlərinin bərpası ilə əlaqədar interaktiv təqdimat keçirdi.

  Tədbirin ikinci mərhərləsində mülki işlər üzrə hüquqşunas Samir Camməmmədov hüquqi problemlərlə bağlı problemin həllində  hər iki rayonun sakinlərinə məsləhətlər verdi.  Pedaqoq-psixoloq Firəngiz Məhərrəmova psixoloji dəstəyə ehtiyacı olanları  qəbul edib, psixoloji dəstək oldu. Zəyəm qəsəbə məktəbində görüşdə səmimi və faydalı oldu.  Şagirdlərə ailə dəyərlərini əks etdirə kitab, əlfəcinlər, layihənin logosu əks olunan köynəklər hədiyyə edildi. Görüş iştirakçıları təşəkkür hissi ilə belə tədbirlərin tez-tez keçirilməsini  xahiş etdilər.

 

"Aydınlığa doğru"  İctimai Birliyi mətbuat  xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB