Nəsib bəy Yusifbəyli

1881 — Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri, azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı, ictimai-siyasi və dövlət xadimi ,publisist Yusifbəyli Nəsib bəy Yusif oğlu 1881-ci ildə Gəncə şəhərində anadan olub. Odessa Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. İnqilabi hadisələrlə bağlı universiteti yarımçıq qoyub və təhsilini Xarkov universitetində davam etdirib, ancaq maliyyə çatışmazlığı ucbatından 4-cü kursdan oranı da yarımçıq qoyub Krıma getməli olub. Burada İsmayıl Qaspıralının "Tərcüman” qəzetiylə əməkdaşlıq edib, Qaspıralının qızı Şəfiqə xanımla evlənib. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdaraq ictimai-siyasi fəaliyyətə başlayır. Qurucusu olduğu Milli Federalistlərin Türk Partiyası 1917-ci ildə Müsavat Partiyası ilə birləşir. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri və hökumətinin bütün kabinetlərində təmsil olunmuş Nəsib bəy bəy 4-cü və 5-ci hökumətlərə rəhbərlik edib. Aprel inqilabından sonra Bakını tərk edib və 1920-ci il mayın 31-də yolda qətlə yetirilib.

 

 Mənbə: /anaveusaq.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB