Elmdə orucla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR

 

 

 

 

 

 

 

 

 

Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu, minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur. Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.

Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar. Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur. Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.

Oruc orqanizmi təmizlədiyi, nəfsi tərbiyə etdiyi və mənəvi kamilliyə çatmaq üçün bir vasitə olduğu dinlərdə ümumi olaraq qəbul edilib. Bir çox mədəniyyətdə də orucun günahları təmizlədiyinə dair inanclar mövcuddur.

Müasir oruc üsulları

Günümüzdə oruc dünya miqyasında yenidən populyar olmağa başlayıb. Bundan yalnız bir neçə il əvvəl müasir tibb orucla maraqlanmırdı, amma son aparılan elmi araşdırmalardan sonra vəziyyət bir qədər dəyişib. Araşdırmalar göstərib ki, oruc bədən üçün çox faydalı və bir çox xəstəliyi müalicə edən xassələrə malikdir.

Hazırda su ilə tutulan oruc, meyvə ilə tutulan oruc, aşağı kalori qidaların daxil olduğu oruc və başqa üsullar var.

Rusiya illərdir oruc ilə müalicə üsulunu dəstəkləyir. Hətta rus alimlərinin bu məslə ilə bağlı 60 illik təcrübəsi var. Sibirdəki xüsusi xəstəxanada xəstələrə sağlamlıq personalının nəzarəti altında su orucu tətbiq edilir. Gələn xəstələr həkim nəzarəti altında bir-iki həftə və ya daha uzun müddət yalnız su içərək oruc tutur. Xəstənin vəziyyətinə və xəstəliyin dərəcəsinə görə tutulan orucun müddəti dəyişir.

Almaniyada professor Otto Buçingerin orucla müalicə üsulu çox məşhurdur və dünyada bir çox insan onu tətbiq edir. Almaniyanın Bad Pyrmont şəhərində 1920-ci ildə yaradılan Buçinger Xəstəxanası illərdir ki, xəstələri orucla müalicə edir. Otto Buçinger hələ 40 yaşında xroniki artrit xəstəliyinə tutulub və bu səbəbdən əlil arabasında yaşamağa məhkum olub. Adi tibb vasitələrinin heç biri işə yaramayanda, Otta Buçinger oruc tutaraq bu xəstəliyə qalib gəlib.

Öz üzərində keçirdiyi şəxsi təcrübədən sonra professor orucun təsirləri ilə daha ciddi maraqlanmağa başlayıb və yeni müalicə üsulunu inkişaf etdirib. O, bu üsula "Müalicə yaradıcılığının kral yolu" adını verib.

“Buchinger” üsulunda xəstələr sadəcə meyvə şirəsi və tərəvəz şorbası içərək az kalori qəbul edir və daha çox hərəkətdə olurlar. Eyni zamanda, istirahət də mühüm rol oynayır. İnsanlar 1 həftə və ya daha uzun müddət nəzarət altında qalaraq bu üsulla oruc tutaraq şəfa tapırlar.

“İntermittent fasting” (müəyyən müddətlərdə oruc tutmaq) isə çox adamın istifadə etdiyi populyar üsuldur. Bu üsulda kalori hesablanmır və insanlar istədiyi kimi yemək yeyirlər, adətən saat 12.00-dan saat 20.00-a kimi və ya 14.00-dan saat 22.00-a qədər hər şey yemək olar. Bu 8 saatlıq müddəti çıxmaq şərti ilə qalan 16 saatda heç nə yeyilmir. Bu üsul çox asan şəkildə tətbiq edilir və gündəlik həyatda əks təsirləri olmur. Yəni çalışan şəxslər də bu üsulu asanlıqla həyata keçirə bilər. “Buchinger” və “İntermittent fasting” üsullarında insanlara su içməyə icazə verildiyi üçün oruc tutmaq olduqca asanlaşır.

Bu üsulların hamısının ortaq xüsusiyyəti odur ki, insanlar bir çox məhsullardan imtina edərək qazanır. Həm zehni, həm də fiziki vəziyyətləri yaxşılaşır, özlərini daha sağlam hiss edirlər.

Orucun zehin və bədən üzərindəki təsirləri

Orqanizm durmadan çalışan fabrik kimidir. Qida və su olmadan insanın yaşaması mümkün deyil. Bağırsaqlar sağlam olmazsa, immun sisteminin və digər orqanların sağlam olması imkansızdır. Günümüzdə insanlar artıq 100 il əvvəlki kimi qidalanmır. Çoxumuz fəstfud yeyərək qidalanırıq. Bundan başqa bir çox qidanın genetikası dəyişdirilir, tərkibinə qatqı maddələri əlavə edilir. Həmçinin səhhətimiz stress kimi amillərin mənfi təsirlərinə məruz qalır. Bir çox adam yeməyini kifayət qədər çeynəmir və bu da mədə-bağırsaq sistemini çox yorur. Bəzilərimiz isə dayanmadan yeyir və bədən durmadan bu qidanı həzm etməyə çalışır, nəticədə dincələ bilməyən orqanizm çökür.

Bu vəziyyətdə oruc tutmaq çox faydalıdır, çünki oruc tutduqda bağırsaqlar ərzaqların və suyun həzm edilməsi, sorulması üçün səy sərf etmək məcburiyyətində qalmır və bədəndə yığılmış toksinləri xaric ataraq rahatlaşır.

Oruc tutduqda insan bədənində nə baş verir?

Bədən kənardan ərzaq qəbul etmədikdə toplamış olduğu şəkəri istifadə edir, eyni zamanda bədən orucu təhlükə kimi qəbul edərək adrenalin ifraz edir. Adrenalin sayəsində ağrılar yavaşıyır və orqanizm iltihablarla mübarizə apara bilir. Həmçinin beyin böyük miqdarda enerjiyə ehtiyac duymağa davam edir, bunu da bədən tamamilə ödəyir. Şəkər ehtiyatı bitdikdən sonra növbə zülal anbarına gəlir və ən nəhayət piy ehtiyatlarını işə salır.

Qaraciyər yağ turşularından yüksək enerjiyə malik keton elementləri ifraz edir. Keton elementləri qan dövranı sayəsində beyinə qədər çatır. Eyni zamanda əhəmiyyətli hüceyrə prosesi başlayır, beləcə, hüceyrələr təmizlənir. Bu, proses autofagiya adlanır və hüceyrələrin öz-özünü yeməsi mənasını verir. Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir.

Yeri gəlmişkən, autofagiya prosesini 2016-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatını alan 71 yaşlı yaponiyalı alim Yosinori Osumi kəşf edib. Osumi hüceyrənin daxili komponentlərinin deqradasiyaya uğraması prosesi – autofagiya sahəsində kəşflərə görə mükafatlandırılıb. Osumi Nobel mükafatına layiq görülmüş 23-cü yapon alimidir.

Osuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarıb. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açıb.

Bir sözlə, bu zaman orqanizm kənardan qidalanmadığı üçün öz ehtiyatından faydalanır, eyni zamanda autofagiya sayəsində öz “hüceyrə zibilini” də təmizləyir. Uzun müddət oruc tutan insanlarda 2-ci və ya 3-cü gündən sonra yüngüllük əmələ gəlir və insan daha çox rahatlaşmağa başlayır. Bir çoxu orucun çətin mərhələsini keçdikdən sonra özlərini fəal, xoşbəxt və firavan hiss edir, zehni işlə məşğul olan insanlar isə daha rahat düşündüklərini etiraf edir.

Çinli həkim Çen Jianmin ictimaiyyətin və cəmiyyətin qarşısında 49 günlük su orucu tutaraq rekord qırıb. Oruc tutduğu müddətdə əhvalında da müsbət tərəfə doğru dəyişiklər müşahidə olunub. Bu da orqanizmin oruc zamanı "serotonin" ifraz etməsi ilə əlaqədardır. Çen Jianmin bu rekordu ilə sehrbaz Devid Blainenin 44 günlük su orucunu yeniləyib. Devid Blaine bu təcrübəni şəffaf plastik qutuda havadan asılı şəkildə insanların görə biləcəyi bir yerdə həyata keçirmişdi.

Nəticə etibarı ilə orucun bədən və zehin üzərində bir çox müsbət təsirə malik olduğu elmi araşdırmalarda təsdiqlənib. Lakin bilməlisiniz ki, uzun müddətli orucluq hər kəsə görə deyil və bunlar ancaq nəzarət altında peşəkar yardım ilə aparılmalıdır. Hər kəsin orqanizmi fərqlidir və hər kəs oruca uyğun olmaya bilər.

Ramazan

Qeyd etmək lazımdır ki, ənənəvi Ramazan orucu su orucundan 3 qat daha təsirlidir. Ramazan ayı boyu insanlar həm fiziki, həm də ruhi sağlamlığına zərərli olan maddələrdən itmina etməklə ən azından bir ay ərzində orqanizmi bu cür maddələrin zərərindən qoruyur və müdafiə sistemini yaxşılaşdırır.

 

 

                Mənbə: / publika.az /

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB