Aəzrbaycan Xalq Cümhuriyyəti- 100. General-qubernator Əliyar bəy Haşımbəyov.

Azərbaycan Demokratik Respublikası dövründə Azərbaycanda yaradılan beş general qubernatorluqdan biri də Zaqatala ərazisində fəaliyyət göstərmişdir.Yeni yaradılan bu qurumun  ilk rəhbəri, general qubernatoru  Azərbaycan  xalq Cumhuriyyəti dövründə Daxili İşlər Nazirinin müavini işləmiş, general-mayor  Əliyar bəy  Haşımbəyov olmuşdur. Zaqatalanın 1-ci general qubernatoru 26 iyun 1918-ci ildən 17 aprel 1919-cu ilə kimi bu vəzifədə çalışmışdır.Sonra  onu bu postda Məhəmməd bəy Şahmalıyev əvəz etmişdir.

    General–mayor Əliyar bəy Haşımbəyov 1856 –cı il martın 8-də Bakı şəhərinfə anadan olmuşdur. Onun babası general Hacı Yusifxan Tahir bəy oğlu Yusifxanov Kürə Nahiyəsinin hakimi ,atası  Mehdiqulu bəy Qərbi Tabasaran  naibi olmuşdur. Bu adlı-sanlı ailə XIX əsrin əvəllərində Bakıya köçmüşdür.İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy  1871-ci ildə Tiflisdəki hərbi piyada məktəbinə  daxil olmuşdur. 1878-ci ildən artileriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi  xidmətinin otuzuncu ilində 1908-ci il dekabrın altısında  general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Əliyar bəy Birinci Dünya müharibəsində üçüncü Qafqaz  araba-karavan briqadasının  komandiri olmuşdur.1917-ci ildə istefaya çıxmışdır.

   1918-ci  ildə Əliyar bəy Azərbaycan Milli Ordusunda  könüllü xidmətə başlamış,bir müddət Azərbaycan  Xalq Cumhuriyyətinin Daxili İşlər  Nazirinin müavini vəzifəsində işləmişdir. O,1919-cu ildə Azərbaycan  Xalq Cumhuriyyətinin  Hərbi İndendant  İdarəsinin rəisi vəzifəsində xidmət göstərmiş, 26 iyun 1918-ci ildən  1919-cu ilədək  Zaqatala qəzasında general-qubernatoru olmuşdur.

    Əliyar bəy Haşımbəyov Zaqatalanın ilk general-qubernatoru kimi xalqımız qarşısında böyük xidmətlər göstərmişdir. Belə ki, Azərbaycan Xalq Cumhuriyyətinin çox mühüm strateji nöqtəsində yerləşən bu qədim bölgəsində asayişin qorunmasında, dövlətçiliyin dayanaqlarının möhkəmləndirilməsində ,etik və ərazi münaqişələrinin aradan qaldırılmasında onun böyük əməyi olmuşdur. General-qubernatorun ərazi məsələləri ilə ıəlaqədar xidmətləri və qətiyyəti xüsusi ilə qeyd olunmmalıdır.

   1918-ci ildə Cənub Qafqazda  milli respublikaların təşkili onların arasında  çoxsaylı ,etnosiyasi  və ərazi  ixtilafları meydana çıxması ilə muşayət olunurdu.Bu baxımdan Azıərbaycanla Gürcüstan  arasında bir sıra mübahisıəli  sərhədyanı ərazi  məsələləri mövcud idi. Bunlardan biri  də Zaqatala dairəsinin siyasi mənsubluğu  məsələsi idi.1918-ci ilin 28 iyununda  Zaqatala  dairəsinin əhalisi siyasi, tarixi, mədəni  mülahizələrdən çıxış edərək, Azərbaycana  birləşmək haqqında özünün taleyüklü qərarını verdi.Bununla da iki  gənc  respublika arasında yaranmış gərginliyə son qoyuldu. Lakin sonrakı dövrlərdə də ərazi məsələləri ilə əlaqədar müəyyən ixtilaflar yaranırdı.Bu ixtilafların böyüməməsi, dərinləşməməsi və aradan qaldırılması üçün səy göstərən o dövrün  görkəmli şəxsiyyətlərindən biri də Zaqatalanın ilk general-qubernatoru Əliyar bəy Haşımbəyov olmuşdur.

    Həmin dövrdə qarşıdurmanın kəskinləşməsinin qarşısını almağa yönəlmiş ilk əməli cəhdi edən Zaqatalanın  general–qubernatoru Haşımbəyovun təşəbbüsü ilə 1928-ci ilin 8 noyabrında Qabaqçöl kəndində Zaqatala dairəsi və Gürcüstan Sığnaq qəza  hakimiyyət orqanlarının iştirakı ilə birgə iclas keçirirdi.Əliyar bəy Haşımbəyov münaqişənin böyüməməsi üçün kompromis təkliflərini irəli sürür.Gürcü nümayəndələri də iki dövlət arasında qəti sərhəd bərqərar edilənədək bu təkliflərlə razılaşırlar.

     General Haşımbəyov  sərhəd məsələləri ilə əlaqədar  1919-cu ilin əvvəllərində iki dəfə sərhədyanı zonaya getmiş və orada gürcü hakimiyyət nümayəndələri ilə görüşmüşdür.

     1919-cu ilin baharında sərhəd məsələləri ilə bağlı iki dövlət arasında yenidən gərginlik yaranır.Məsələ ilə bağlı Zaqtala general-qubernatoru Haşımbəyov Azərbaycan Nazirlər Şurasına teleqramla müraciət etdi.Aparılan gərgin danışıqlardan sonra münaqişə aradan götürüldü.Razılığa gəlinməsi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi aprelin 28-də diplomatik nümayəndəliyini məlumatlandırdı.

     General-mayor Əliyar Haşımbəyov Azərbaycanda 1920 –cu il 27-28 aprel  işğalından sonra  təqib olunmuş ,sovet hakimiyyətinin əsas cəza orqanlarından biri  XI ordunun  xüsusi şöbəsinin ,cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş,istintaq işgəncələrinə məruz qalaraq sabiq Azərbaycan Xalq Cümhuriyyətinin bir qrup  xadimi sırasında respublika Ali İnqilabi Tribunalın Hökmü ilə 1920-ci il mayın 29-da gecə sat 2-də Nargin adasında güllələnmişdir.

    Zaqtalanın 1-ci general–qubernatoru Əliyar Haşımbəyov qüsursuz Xidmətlərinə görə 3-cü dərəcəli   “Müqəddəs Stanislav “, 3-cü dərəcəli “ Müqəddəs Anna”, 2-ci dərəcəli “Müqəddəs  Stanislav”, 2-ci dərəcəli  “Müqəddəs Anna” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunmuşdur.

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB