Biz kimik

Müstəqil fəaliyyət göstərən “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi qeyri-hökumət qadın təşkilatıdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 mart 2008-ci il tarixində  dövlət  qeydiyyatından  keçmişdir  (№ 1108-Q21-2502). 

Missiyamız
Şəxsiyyətini inkişaf etdirib həyatda uğur qazanması və cəmiyyətin aparıcı qüvvəsinə  çevrilməsi  üçün  Azərbaycan  qadınının  fəallığını  artırmaq.

Dəyərlərimiz
1. Vətəni sevmək, dəyərlərini qorumaq.
2. Milli-mənəvi dəyərlərə sadiq qalmaq.
3. İnsan haqlarını və mənəvi ehtiyaclarını müdafiə etmək.

Prinsiplərimiz
1. Heç bir dini, irqi, sosial fərq qoymadan eyni prinsipləri paylaşan vətəndaşlarla əməkdaşlıq etmək.
2. Din, millət, cins və fikir fərqliliklərinə tolerant münasibət göstərmək.
3. Fəaliyyətdə əsas diqqəti aktual sosial problem və məsələlərə yönəltmək.

Məqsədimiz
1. Xalqımızın zənqin milli-mənəvi  dəyərlərinə sahib çıxmaq.
2. Dövrün tələbinə, zamanın ahənginə uyğun biliklərə yiyələnmək, milli və mənəvi dəyərlərimizin öyrənilməsi və  təbliği istiqamətində gənclər arasında maarifləndirmə işi aparmaq.
3. Vətəndaş cəmiyyətinin inkişafında  qadınların fəallığını artırmaq.
4. Cəmiyyətin müxtəlif təbəqələri arasında dialoq mədəniyyətini tətbiq etmək.
5. Yeni fəal və faydalı ictimai birliklərin  yaranmasına səy göstərmək.

Vəzifəmiz
1. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mədəni-tarixi irsini, adət-ənənələrini cəmiyyətimizdə təbliğ etmək.
2. Müxtəlif  kurs və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə  marafonları, forumlar və sair tədbirlər keçirmək.
3. Mənəvi-etik problemlər üzrə elmi-tədqiqat işləri aparmaq.
4. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək.
5. Sosial həyatda tələbə gənclərin fəallığını artırmaq, onların problemlərinin həllinə yardımçı olmaq.
6. Ziyalıları mədəni-tarixi irsin, milli dəyərlərin qorunub saxlanması və cəmiyyətimizdə təbliği işinə cəlb etmək, bu sahədə onların rolunu artırmaq.
7. Paytaxtda, eləcə də Azərbaycanın müxtəlif  bölgələrində  qadınların  şəxsiyyətinin inkişaf etdirilməsinə və cəmiyyətdə fəal mövqe  tutmalarına yardımçı olmaq.

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB