Tarixə düşən qadınlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gündəlik həyatınızda istifadə etdiyiniz alətlər, texnika, mebel, tibbi avadanlıqların necə və kim tərəfindən icad edildiyini hec düşünmüsünüz? İxtiraçı dedikdə ağlımıza lampanı icad edən Tomas Edison, cazibə qüvvəsini tapan Nyuton, ya da telefon ixtiraçısı olan Aleksandr Qraham Bell gəlir. Ağlımıza ilk anda gələn bütün ixtiraçıların ortaq xüsusiyyətləri isə onların kişi olmasıdır.

Bəs qadın ixtiraçıları tanıyırsız?

Jozefin Kokreyn: Qabyuyan maşın 

Evdə işləyən qulluqçu Josefinin qiymətli qablarını qırdıqdan sonra o, qəzəblənmiş və qabyuyan maşını icad etməyə qərar vermişdi. İstehsal etdiyi ilk maşın mis qazan içindəki təkəri fırladan mühərrikdən ibarət idi. Təzyiqli su ilə qabları yuyan ilk avtomatik qabyuyanı Kokreyn 1886-cı ildə patentləşdirib.

O dövrlərdə evlərin əksəriyyətində maşını işlətmək üçün isti su sistemləri olmadığına görə Kokreyn ideyasını mehmanxanalara satmışdı. Beləliklə, qabyuyan maşın qadınların həyatında öz yerini tutdu.

 Meri Anderson: Avtomobil şüşə siləni 

1900-cü illərin əvvəllərində sürücülər qaranlıq və yağışlı havalarda maşınlarını saxlayıb maşın pəncərələrini silmək məcburiyyətində qalırdılar. Meri Anderson bu problemi əla bir ixtira ilə sonlandırdı. O zamanlar avtomobildən az adam istifadə edirdi.  Buna baxmayaraq, Andersonun ixtirası 1903-cü ildə böyük maraq doğurdu. Artıq sürücülərin pəncərələri təmizləmək üçün edəcəyi tək şey maşının içərisinə yerləşdirilən dəstəyi aşağı salmaq idi.

Bəzi insanlar bu kəşfin sürücünün fikrini yayındıracağını düşünərək ixtiraya qarşı çıxmışdılar. Lakin alət patentləşdirildikdən 10 il sonra artıq o hər maşında quraşdırılırdı. Ayrıca onu da qeyd etmək lazımdır ki, avtomatik şüşə silən vasitənin ixtirası da 1917-ci ildə digər bir qadına - Şarlotta Bricvuda aiddir.

Hedi Lamarr: Gizli rabitə sistemleri

Radio dalğalarla göndərilən gizli mesajları idarə etmək üçün "Gizli Rabitə Sistemləri" Hedi Lamar tərəfindən kəşf edilib və 1941-ci ildə patentləşdirilib. Hedi Lamar aktrisa idi. Cihaz İkinci Dünya müharibəsi dövründə faşistlərə qarşı istifadə edilmək üçün nəzərdə tutulmuşdu, lakin onun geniş istifadəsinə 20 il sonra başlanıldı.

Stefani Kvolek: gülləkeçirməz jilet

Stefani Kvolek poladdan beş dəfə möhkəm olan Kevlar adlı sərt və davamlı materialın ixtiraçısıdır. 1963-cü ildə materialın strukturunu təşkil edən molekulyar ardıcıllığı istehsal edib.

Ardıcıllıqla yaranan maddə onun sərtliyi ilə digər materiallardan fərqlənir. Həmçinin bu maddədən asma körpülər, dəbilqə, xizək və düşərgə avadanlıqlarında da istifadə olunur.

 

 

 Mənbə: /portal.azertag.az/

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB