"Aydınlığa doğru" addım-addım...

   Mart ayının 30-u “Aydınlığa Doğru” ictimai birliyinin 10 yaşı tamam oldu.

   “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 mart 2008-ci il tarixində dövlət qeydiyyatından keçmişdir.

  Öz fəaliyyətini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin, tarixinin, adət-ənənələrinin təbliği, bu istiqamətdə gənclər arasında maarifləndirmə işinin aparılması, elmin, təhsilin və mədəniyyətin inkişafına kömək, vətəndaş cəmiyyətinin inkişafındaqadınların rolunu fəallaşdırmaq istiqamətində quran təşkilat,10 il ərzindəbir sıra maraqlı layihələrə imza atmış, cəmiyyətimiz üçün faydalı olan tədbirlər həyata keçirmişdir.

  2009-cu ilin martındaisə 8 MartBeynəlxalq Qadınlar Günü manasibətilə“Qadın dünən, bu gün, sabah...” adlı konfrans keçirilmişdir. Qadınlarımızın keçmişdə və müasir dövrümüzdə cəmiyyətdəki yeri və ona verilən qiymətdən söhbət açılmış, gələcəkdə bu zərif varlığın daha böyük zirvələr fəth etməsi, eyni zamanda, bir qadın kimi öz zərifliyini qoruyub saxlaya bilməsi üçün hansı vəzifələrin həyata keçirilməsinin gərəkli olduğu qeyd edilmişdir.

  Milli adət-ənənə ilə keçirilmiş nümunəvi milli toy mərasimi (2009-cu il, aprel) mənəvi dəyərlərimizin bərpasına və qorunmasına doğru atılmış daha bir addım oldu. Səid və Elnarənin “Aydınlığa doğru”İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş toy mərasimi milli dəyərlərimizingələcək nəsillərə ötürülməsinə gözəl örnək idi.

 Təşkilatın daha bir üğürü 2010-cu ilin mart ayında H.Əliyev fondu, BMT-nin Əhali Fondu (UNFPA) və AQUPDövlət Komitəsi ilə birgə“Müasir cəmiyyətdə qadın şəxsiyyəti” adı altında keçirdiyi elmi konfrans idi.Bu kofrans “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində BMT-nin 13/25 koalisiyasının Azərbaycandakı nümayəndəliyinin dəstəyilə, “SƏN diqqət mərkəzindəSƏN!” devizi altında gerçəkləşmişdir. Konfransın işindən irəli gələn vəzifələrlə bağlı 2010-cu ilin iyun ayında quba və Xaçmaz rayonlarında görüşlər keçirilmişdir.

     Həyata keçirilən maraqlı layihələrdən biri də “Gənclərimizin gələcəyi - Vətənimizin gələcəyidir”.   2011-ci ilin əvvəlindən həyata keçirilən bu layihə çərçivəsində, ilk olaraq, tələbə-gənclər arasında anket sorğusu aparılmışdır.  Sosioloq və psixoloqların köməkliyi ilə 50  sualdan ibarət olaraq tərtib edilmiş Sorğu anketlərində  şəxsiyyət, təhsil, əks cinslə münasibət, ailə mövzusu əsas götürülmüşdür. Sorğunu Bakı və Sumqayıt şəhərlərindəki ali və orta ixtisas məktəblərində oxuyan 5764 gənc anonim şəkildə cavablandırmışdır. Sorğunun nəticələri ekspertlər tərəfindən araşdırılmış və adı çəkilən sahələrdə gənclərimizi narahat edən əsas problemlər müəyyənləşdirilmişdir. Eyni zamanda, sorğudan alınan nəticələr prezident aparatı yanında strateji araşdırmalar mərkəzinə təqdim edilmişdir.

      6 mart  2011-ci il tarixdə isə bu problemlərin və onların həlli yollarının müzakirə edildiyi, “Birləşək, həll edək!” devizi altında “Gənclərimizin gələcəyi Vətənimizin gələcəyidir” adlı konfrans keçirilmişdir. Daha sonra universitetlərdə keçirilən görüşlərdə konfransdan irəli gələn vəzifələr müzakirə olunmuş, mövcud problemlərin həlli yolları araşdırılmış, perspektivlər nəzərdən keçirilmişdir.

    “Ramazan dalğası” elmi-kütləvi filmi  (2012-ci il, iyul) “Aydınlığa doğru”nun film sahəsində ilk işidir.  Ramazan orucunun mahiyyətini hərtərəfli şəkildə - dini, tibbi, sosial, psixoloji və s. yönlərdən açıqlayan, onun digər dinlərdəki oruclardan fərqini göstərən film üzərində 3 ildən artıq  iş aparmışdır. Aydın Talıbzadənin ssenarisi və Elçin Musaoğlunun rejissorluğu ilə ərsəyə gələn film 4 ölkədə - Rusiya, Türkiyə, Misir və Azərbaycanda çəkilmiş, fərqli dinlərdən olan din xadimlərinin, elm adamlarının fikirləri alınmışdır.  2012-ci il iyulun 18-19-da Dövlət Gənc Tamaşaçılar Teatrında filmin   təqdimat mərasimi, eyni zamanda, teatrın foyesində Ramazan ayı və bu ayda tutulan orucun faydalarını açıqlayan “Tanış və sirli Ramazanı kəşf et!” adlı plakat sərgisi təşkil edilmişdir.

      Aydınlığa doğru” İctimai Birliyi ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsisçisi olduğu Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) fəaliyyətinə dəstək olmaq məqsədilə “Meşələrimiz – milli sərvətimizdir” adlı davamlı ekoloji layihəyə (2014-cü il, noyabr) start vermişdir. Bu layihənin özünəməxsus cəhəti ondadır ki, onun həyata keçirilməsində hər yaşdan, hər təbəqədən olan vətəndaşlarımız iştirak edirdilər. Layihənin həyata keçirilməsində əsas məqsəd meşələrin bərpa olunması, qorunması və artırılması prosesində ictimaiyyətin rolunu artırmaq,  sadəcə ağac əkmək deyil, həm də əkilmiş ağaları kifayət qədər böyüdüb, dövlətin meşə fonduna təhvil vermək idi.

    Təşkilatın davamlı layihələrindən olan “Ziyalı ünsiyyəti” 2009-cu ilin noyabrından start götürmüşdür.  Bu layihə  çərçivəsində vaxtaşırı keçirilən görüşlərdə elmin, mədəniyyətin müxtəlif sahələrində çalışan ziyalılarımızla görüşlər keçirilir, cəmiyyətimizin mədəni həyatındakı yeniliklər ictimaiyyətin diqqətinə çatdırılır.

    Bütün bunlarla yanaşı, milli dəyərlərimizin əsasını özündə yaşadan  islam dininin cəmiyyətimizdə doğru təbliği məqsədilə, təşkilatın ofisində, maarifləndirici mühazirələr təşkil olunmuşdur. Mühazirələr filologiya üzrə fəlsəfə doktoru, nizamişünas alim Siracəddin Haci, fəlsəfə elmləri namizədi Elmir Quliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, şərqşünas Elvüsal Məmmədov, ilahiyyatçı Ağa Hacıbəyli tərəfindən aparılıb. Siracəddin Hacı  mühazirələri bu gün də davam etdirir.

  Yarandığı gündən xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələri və milli dəyərlərinin qorunub təbliğ edilməsi yönündə yorulmadan çalışan birliyin “Ailə Akademiyası” adlı növbəti layihəsində ailədaxili münasibətlərin tənzimlənməsi, problemlərin müzakirə edilərək çözülməzi, böyüməkdə olan nəslin milli və mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunması, ən əsası isə - cəmiyyətimizdə boşanma hallarının azalması istiqamətində ailələrlə məqsədyönlü işin aparılması nəzərdə tutulur. Layihədə evlilik ərəfəsində olan gənclərə ailə dəyərlərimizə hörmətin, qarşılıqlı dözümlülüyün aşılanması ilə yanaşı, onlarla “sağlam ailə - sağlam gələcək” və “möhkəm ailə - möhkəm dövlət” prinsiplərinə əsaslanan davamlı fəaliyyət aparılır.

   Münaqişəli ailələrə kömək məqsədilə Cəmiyyətin irəli sürdüyü  təklifləri dəstəkləyən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (Tika) Bakı program Koordinasiya ofisinin yardımı  ilə 2015-ci ildə  “Onlardan biri mənəm!...” adlı ilk sosial çarx çəkilmişdir. Ailələrdə uşaqları narahat edən problemləri aşkar edib, onların çözüm yollarını müəyyənləşdirmək, belə ailələrə mənəvi dəstək olmaq və psixoloji yardım göstərmək məqsədilə sosioloq və psixoloqlar tərəfindən ətraflı sorğu anketi tərtib edilmiş, Bakı şəhərinin bir neçə məktəbinin yuxarı sinif şagirdləri arasında sorğu  keçirilmişdir. Sorğunun nəticələrinə görə ailə sferasındakı ən ağrılı problemlər aşkar olunmuş, təlim və seminarların mövzuları müəyyənləşdirilmiş, yay məktəbləri təşkil edilmişdir.

2018-ci ildən Təhsil Nazirliyi və Bakı Baş Təhsil İdarəsinin razılığı ilə bu layihə Bakının bütün 314 məktəbində həyata keçirilir.

2017-ci ildə “İslam həmrəyliyi ilə əlaqədar ümumtəhsil məktəblərində maarifləndirmə işinin təşkili və mediada  təbliği” layihəsi təşkilatın  uğurla həyata keçirdiyi  layihələrdən biri oldu.

2016-cı ildən ADİB-də  ADTV onlayn televiziya fəaliyyət göstərir.  Dəyərli ziyalılarımızın iştirakl ilə hazırlanan verilişlərin izləyicilərinin sayı, artıq, 20 mini ötüb.

         

  “Aydınlığa doğru” 10 yaşına bu layihələrlə gəlib. Əsas məqsədimiz,  qloballaşan dünyamızda  milli-mənəvi dəyərlərimizi-milli kimliyimizi qorumaq və gənc nəslə ötürməkdir. Gələcək fəalliyyətimizi də qəlbi millət, vətən sevgisi ilə döyünən  insanlarla əl-ələ verərək qurmaq əzmindəyik.  

 

“Aydınlığa doğru” İB  mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB