Maraqlı tədbir

  Mart  ayının 10-da  “Aydınlığa doğru” İctimai Birliyinin ofisində tarixi bir gün yaşandı.

  2015-ci ilin oktyabr ayından Qurani Kərimin ayələrini öz dinləyicilərinə  çox böyük bir şövqlə-Allah sevgisi ilə şərh edən Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı “Bəqərə” surəsinin şərhinin başa çatması münasibətilə qurban kəsib iştirakçılara süfrə açdırmışdı.

 Siracəddin müəllim həmin günün tarixi məna daşımasının səbəbini açıqlayaraq bildirib ki,  Qurani-Kərimin ilk surəsi-7 ayədən ibarət olan Fatihə-kitabı açan-surəsindən sonra ikinci - . müqəddəs kitabda ən böyük surə olan, 286 ayədən ibarət  “Bəqərə” surəsinin sonuncu ayəsi  Peyğəmərimizə nazil olanda o, bu münasibətlə qurban kəsmişdi.  Bundan sonra  Peyğəmbərə vəhy olunan  bütün surələri öyrənən Tövhid, axirət inanclı səhabələr hər surəni bitirdikdə Allaha şükr niyyəti ilə dəvə qurbanı kəsərdilər.          

  Biz də bu ənənəni yada salmaq məqsədilə belə bir tədbir keçirdik. İstəyimiz odur ki, bu ənənə unudulmasın yaşasın və davam etsin.

                            Mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB