“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 21 №-li tam orta məktəbdə keçirilib

 “Aydınlığa doğru” İctimai Birliyi  “Ailə Akademiyası” layihəsi çərçivəsində  növbəti tədbiri   Yasamal rayonunun 21 №-li  tam orta məktəbində   keçirildi. Valideynlərlə görüşdə tarix boyu formalaşmış və bu günümüzə qədər qorunub saxlanmış ailə dəyərlərimizin bu gün kənar təsirlərə məruz qalaraq itməməsi və qorunması üçün  "Dəyərlərimizi necə qorumalıyıq" mövzusunda söhbət aparıldı. Tədbirdə  qoruduğumuz dəyərləri özümüzdən sonrakı nəslə necə ötürməyin yollarından da danışıldı. Tədbiri  aparan pedaqoq psixoloq Könül İbrahimova və ilahiyyatçı yazar Ayişə Nəbi zala müraciət edərək onların da fikir və təkliflərini dinlədilər. Daha sonra şagirdlərlə görüş keçirildi və onlara da ailə dəyərlərmiz, milli ailə ənənələrmiz və onların qorunması yolları haqqında məlumat verildi. Müasir gənclərin xarici ölkə və filmlərdə gördükləri ailə modelinin bizə uyğun olmadığını, bizdə ailə fərdlərinin arasında daha sıx əlaqə və bağ olduğunu və bunun da bizim milli mentalitetimizi təşkil etdiyi ifadə edildi. Şagirdlərə  ailə dəyərlərimizin   bizim dövlətimiz və ölkəmizin qorunması üçün nə qədər vacib olduğu bildirildi. Maraqlı keçən görüşdən valideyn, şagirdlər və müəllimlər razı qaldılar. 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB