Dini əxlaqi dəyərlərimizi qoruyaq

    Robot əsri, kompüter əsrində yaşayırıq. Gündən-günə sürətlə inkişaf edən dünyamızda mənəvi dəyərləri  itirmək təhlükəsi qarşısındayıq. Bu gün, hələki, o dəyərləri yaşadan insanlar var. Bəs sabah necə olacaq?  Təsir altına daha tez düşən gənc nəslin sağlam gələcəyi təhlükə altında deyilmi?  Bu sual  xalqın gələcək taleyi üçün narahatlıq keçirən hər kəsi düşündürür.

    İki aydan artıqdır ki, “Aydınlığa Doğru”  İctimai Birliyi  “İslam həmrəyliyi ilə əlaqədar ümumtəhsil məktəblərində maarifləndirmə işinin təşkili və mediada təbliği” adlı layihə həyata keçirir.  Müsahibimiz  layihənin icraçı direktoru  Səfərbəy Səfərbəyovdur.

  

 - Səfərbəy  müəllim, xəbər saytlarından     müəyyən məlumatlar aısaq da, istərdik ki, layihənin məqsədi, görülən işlər  haqqında daha geniş söhbət açasız.

     -İnternetin, sosial şəbəkələrin, demək olar ki, insanları idarə etdiyi  bir zamanda  yaşayırıq.  Cəmiyyətdə baş verən əxlaqi tənəzzül mənəvi dəyərləri tamamilə itirmək təhlükəsi yaradır.   Milli adət-ənənələrimizi qoruyub-saxlamaq üçünsə dini əxlaqi dəyərlərimizə sahib şıxmaq gərəkdi. Əbəs deyil ki, cənab Prezidentin göstərişinə əsasən bu il “İslam həmrəyliyi” ili elan olunub.    Bizim  layhəinin əsas məqsədi də  cəmiyyətdə islam əxlaqı və dini dəyərlərə önəm verilməsinin və həmin dəyərlərin bərpa edilməsinin vacibliyini xalqa çatdırmaqdan ibarətdir.   Gənclərin  din adı altında səhv yola yuvarlanmaması üçün onların  dinin təməli, prinsipləri haqqında bilgilərdən məlumatlı olması çox vacibdi.   Bununçün sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, internet, televiziya və radioda bu istiqamətdə müvafiq  maarifləndirmə işi aparılır.  Eyni zamanda  məktəblərdə şagirdlərlə görüşlər də keçirilir. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən nümayəndə, o cümlədən görkəmli elm xadimləri və mütəxəssislər də məktəblərdə keçirilən tədbirlərə dəvət edilirlər.

    - Belə bir layihənin reallaşması ölkəmizin  bu günkü tarixi üçün, bəıkə də, ən böyük uğurlardan biridir. Layihənini müddəti nə qədərdi və indiyədək görülən işləri qənaətbəxş hesab edirsinizmi?

   - İlkin mərhələ olduğu üçün layihənin müddəti 5 ay nəzərdə tutulub, icrasına  isə bu ilin avqust ayından başlanıb. Bu vaxta kimi Bakının Yasamal və Binəqədi rayon məktəblərində  14 görüş keçirilib.  Əsas məqsədimiz şagirdlərə sağlam düşüncə, əxlaqi dəyərlər aşılamaqla  onların öz   valideynlərinə və cəmiyyətə qarşı münasibətini multikulturalizm, vəhdət, qarşılıqlı hörmət kimi dəyərlər üzərində qura bilməsinə nail olmaqdı. Eyni zamanda telerantlığın dini dəyər baxımından açıqlanması və cəmiyyətdə aşınmaqda olan dini dəyərlərin bərpasını təmin etməyin vacibliyi də ön planda dayanır. Maarifləndirmə yolu ilə şagirdlərə bu fikirləri aşılamaq üçün  onlar arasında oyun formasında yarış keçirilir. Orta ümumtəhsil məktəblərinin VIII, IX, X sinif şagirdləri arasında  “Əxlaq yadı yaxın edir, düşməni də dost” adlı təqdimat müsabiqəsində məktəblilər İslam həmrəyliyi və İslamda Tolerantlıq mövzularında təqdimatlar hazırlayırlar.

      Hazırlaşmaq üçün iki həftə əvvəldən uşaqlara mövzu verilir. Bu müddət ərzində  onlar müəyyəm məlumat toplayırlar, oxuyurlar, öyrənirlər. Digər tərəfdən maarifləndirmə işi yorucu, darıxdırıcı olmasın deyə yarış əvvəl şagirdlər arasında, sonra komandalar arasında , daha sonra məktəblər arasında keçirilr. Bu isə  oyunu da maraqlı edir.  Ən əsası isə   onlar arasında ünsiyyət, birlik yaranır.  Bizim  məqsədimiz də odur ki, xalqda parçalanma yox, birlik ruhu formalaşsın. İslam birlik dinidi, onda ayrıseçgilik, irqçilik yoxdu.

      - Necə düşünürsünüz, gəncləri internetə aludəçilik virusunun mənfi təsirindən qorumaq mümkün olacaqmı, tam olmasa da təssüratlar sizə nə deyir?

     - Toxum əkilir, onun çüçərməsi üçün şərait olmalıdı. İnsan bir filmə baxır, orada eşitdiyi bir söz onun həyatına təsir edir. Birisinə dostu ilə mütəmadi ünsiyyət  daha böyük təsir edir. Digər tərəfdən  inandığı bir insanın, deyək ki, bir dindarın xəyanəti hər şeyi dəyişə bilər, insanın bütün inamını sarsıda bilər. Mübarizə gedir, bu,  həyatın  bir sınağıdı.

     Bizim ən böyük istəyimiz odur ki, gənclərimiz kin, qəzəb ruhunda yox, sevgi ruhunda formalaşsınlar.  5 tip sevgi var: 1.  Allahı sevmək, 2. Allahın sevdiklərinı sevmək, 3. Kimisə Allah xatirinə sevmək, 4. Təbii sevgi-valideyni, övıadı, həyal yoldaşını sevmək, 5-ci qadağan olunmuş haram sevgidi.

     Və bir də gənclərimiz unutmasınlar ki, yalnız səbirlə istəklərə nail olmaq mümkündü. Səbirsə 3 cürdü:  1-ci İbadətə olan səbr, 2-ci haramlardan qorunmaq üçün səbirli olmaq, şeytanın gözəl göstərdiyi hər şeydən çəkinmək, 3-cü qədərə səbr etmək, başına gələnlərə üsyan etməmək.

   - Ailə də bir məktəbdi, bu işdə  valideyinlərin də üzərinə böyük məsuliyyət düşür...

   -Təbii...valideyin doğru yolun, saf əqidənin nə olduğunu bilməlidi ki, uşaqlara onu aşılaya bilsin. Ən vacibi isə odur ki, uşağın riyakar böyüməməsi üçün valideyin uşağın marağının nəyə olduğunu öyrənib mütləq onu nəzərə alsın. Çünki elə uşaq var ki,  oxumağa  məcbur edəndə o,  özünü oxuyan kimi göstərəcək, amma gizlində telefonla oynayacaq.  Elə uşaq da var ki, valideyinin bir kəlmə sözü - “inanmazdım oğlum belə etsin” deməsi ilə travma ala bilər. Odur ki,  layihənin fəaliyyət istiqamətlərindən biri də    valideyinlərlə söhbətlərin aparılmasıdır. Bununçün valideyinlər məktəblərə dəvət edilir, onlarla fərdi söhbətlət aparılır,  psixoloqlarla görüşləri təşkil olunur, sualları cavablandırılır.

    Təəssürat böyükdü, həm müəllimlər, həm şagirdlər, o cümlədən valideyinlər arasında tədbirlərimizə qarşı maraq və müsbət reaksiya var.

  - Heç bir işdə yüz faiz qələbə yoxdu. Əgər 50 nəfərdən 5-i deyilən fikirləri tam mənası ilə mənimsəyib onu özününküləçdirirsə, bu, qələbə deməkdi...

  - Tamamilə doğrudu. Belə hesab edirik ki, layihə iştirakçısı olan şagirdlər və valideynlər  psixoloji və sosial faydalar əldə edəcəklər. Layihənin  psixoloji faydası odur ki,  insanlar onları narahat edən problemlərlə təkbətək qalmayacaqlar, “Aydınlığa doğru” ictimai birliyinin timsalında cəmiyyətin onlara  biganə olmadıqlarını gördükdə insanların özlərinə və cəmiyyətə qarşı olan baxışları müsbətə doğru dəyişəcək

     Apardığımız işlərin sosial faydası isə cəmiyyətdə müsbət dəyişikliklərə yol açmasıdır. Belə ki, cəmiyyətdə dini dəyərlərin bərpası mövzusunda aparılan maarifləndirmə işlərindən sonra gənclər, valideynlər daha dərindən düşünərək, müvafiq dini əxlaq və dəyərlərə sahib olacaqlar ki, bu da öz növbəsində cəmyyətdə sağlam sosial bazanın möhkəmləndirilməsinə imkan yaradacaq.

-Təşəkkür edirik, arzu  edirik ki, “İslam həmrəyliyi” ilini   böyük uğurlarla başa vurasınız.

 

İsmət Ələkbərqızı

 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB