İslam həmrəyliyi mövzusunda ümumtəhsil məktəblərində keçirilən növbəti bilik yarışı 225 saylı tam orta məktəb baş tutdu

“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il II Qrant Müsabiqəsinə təqdim olunan “İslam həmrəyliyi mövzusunda ümumtəhsil məktəblərində maaarifləndirmə işinin təşkili, eləcə də mediada təbliği”   layihəsi  QHT şurasıdan alınmış maliyyə yardımı ilə   həyata keçirilir. Layihə çərcivəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri də paytaxtın Binəqədi və Yasamal rayonu umumtəhsil məktəblərində keçiriləcək görüşlərdi.

 03.11.2017-ci il tarixində Yasamal rayonu Telman Abbasov adına 225 №-li   məktəbin şagird və müəllim kollektivi ilə keçirilən  görüşü  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova  və  İlahiyyatçı Samirə Mahmudova aparırdı. Tədbirdə 8-9-10-cu  siniflər arasinda "Lider",  "Odlar yurdu" və "Qələbə " adlı 3 kamanda yaradilmiş və bunlar arasinda  yarış keçirilmişdir. Dini mövzuda verilən 19 sualı dolğun cavablandıran “Lider” komandası qalib olmuşdur. Qalib komanda və fəal şagirdlər həvəsləndirici hədiyələr qazanmışlar.  

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB