“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 18 nömrəli məktəbdə keçirildi

"Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin əməkdaşı Əməkdar  müəllim Səbinə Rəsulova, “Yeni nəsil" valideyin klubunun rəhbəri Sevinc Quliyeva  Yasamal  rayonu Mikayil Müşfiq adına  18  №-li  tam orta məktəbdə “Ailə Akademiyası” layihəsi çərçivəsində  məktəbin   müəllimlərinin  və valideyinlərinin   iştirakı dəyirmi masa keçirilmişdir.

  “Uşaqların tərbiyəsində İKT” mövzusunda keçən görüşdə ailə dəyərləri, ailə münasibərləri,  ailə daxili problemlər  və günün ən aktual məsələlərindən  olan  övladların tərbiyəsində sosial şəbəkələrin rolu geniş müzakirə  olundu. Məktəb rəhbərliyi və  valideyinlər müzakirələrdə aktiv iştirak etdilər.

Görüş çox maraqlı və canlı atmosferdə keçirildi.

Təşkilatçılığa görəYasamal rayonu Mikayil Müşfiq adına 18 №-li tam orta məktəbin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB