Məktəblərdə görüşlərimiz davam edir

 "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin əməkdaşı DiMed klinikasının həkimi  Səfərbəy Səfərbəyov Yasamal  rayonu Mikayıl Müşfiq adına 18 №-li  tam orta məktəbdə “Ailə Akademiyası” layihəsi çərçivəsində  məktəbin VIII-X sinif şagirdlərinin, müəllimlərinin və valideynlərin iştirakı  ilə tədbir keçirilmişdir.

Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, ailələrdə daha sağlam mühitin bərpası istiqamətində söhbətlərin aparılması, müsahibənin keçirilməsindən ibarətdir.

Görüş çox maraqlı və canlı atmosferdə keçirildi.

Təşkilatçılığa görə Yasamal rayonu Mikayıl Müşfiq adına 18 №-li tam orta məktəbin direktoruna şəxsən Rəna Süleymanovaya  öz minnətdarlığımızı bildiririk. 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB