İslam həmrəyliyi ilə bağlı layihəmiz öz işnə başlamışdır

Okyabrın 11-də “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il II Qrant Müsabiqəsinə təqdim olunan “İslam həmrəyliyi mövzusunda ümumtəhsil məktəblərində maaarifləndirmə işinin təşkili eləcə də mediada təbliği”  ilə bağlı layihə  şuradan alınmış maliyyə yardımı ilə   həyata keçirilir. Layihə çərçivəsində təşkil olunan növbəti görüş  məktəb rəhbərlərinin toplanması ərəfəsində  hazırlıq işlərinin  müzakirəsinə həsr olunmuşdu. Toplantını giriş sözü ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev açaraq layihənin uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması sahəsində cəmiyyətimiz üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Layihə çərçivəsində keçiriləcək bilik yarışmasına dair öz təklif və fikirlərini bildirdi.  

Müzakirədə layihənin icraçı rəhbəri, “Dimed” klinikasının baş həkimi Səfərbəy Səfərbəyov, “Pətək” İB sədri Sevinc Əsgərova, iki dəfə “İlin müəllimi” adına layiq görülmüş əməkdar müəllim Səbinə Rəsulova, İslam bankı üzrə beynəlxalq mütəxəssis Anar Yusifzadə, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev iştirak etdilər. Binəqədi və Yasamal rayonlarında keçiriləcək bilik yarışında veriləcək sualların məzmunu, bilik yarışının təşkili haqqında öz fikir və təkliflərini dilə gətirdilər.

Müsabiqə formasındakı bilik yarışına start veriləcək tarix artıq müəyyən edilib. Səfərbəy Səfərbəyov layihənin məktəblilərə faydalı olacağını, islami bilikləri daha yaxşı mənimsəyəcəklərini, dinimizin insan əxlaqının yalnız müsbət keyfiyyətlər yönündə formalaşmasına kömək etdiyini, dünyada ilklərə imza atanlar arasında da islam alimlərinin olduğunu vurğuladı. Layihə çərçivəsində keçiriləcək bilik yarışında şagirdlərin düzgün qiymətləndirilməsi üçün münsiflər heyyətindən ibarət 4 qrupun yaradıldığını və bu qrupların tərkibi ilə iclas heyyətini tanış etdi.

İki rayon üzrə keçiriləcək bilik yarışı 3 mərhələdən ibarət olacaq. Yarışların keçilməsi nəzərdə tutulan cədvəl əsasnamə şəklində hazırlanaraq Bakı şəhəri üzrə təhsil idarəsinə göndərildi. Bu müddət ərzində mövzu ilə əlaqədar maarifləndirmə işinin daha dəqiq aparılması məqsədilə Yasamal və Binəqədi rayonlarının məktəb rəhbərləri ilə görüşün “Aydınlığa doğru” İctimai Birliyinin ofisində oktyabrın 16-da  keçirilməsi nəzərdə tutulur.

 

“Aydınlığa doğru” İB mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB