Qorunan gözəllik

  Natalya Bahadori, Kamilə bint Rəsul 

 

ƏlhəmdlüLəh, mən yaylıq bağlayıram.

 Bu mənə qorunma və əminlik hissi verir.

Ən əsası isə daim Yaradana ibadətdə və

Onun rəhməti altında olduğunu hiss edirsən.

                                              Cəmilə

...Mən hicablı qadınam və bununla

islamı təmsil edirəm. İnsanlar mənə

baxdıqda Allahı xatırlayırlar.

 Bu mənim üçün Allahın lütfüdür!

                                             Natalya

Namaz gündə beş dəfə bizə Allahı,

müsəlman olmağımızı xatırladır.

Başörtüsü isə bunu hər zaman edir.

                                           Ayişə

G İ R İ Ş

    Müasir həyatda hicablı qadın çox zaman iman və igidlik təcəssümünə çevrilir. Həqiqətən, Rəbbimiz başörtüsü geyməyi buyurmaqla qadına böyük rəhmət lütf etmişdir. Dinini təbliğ etmək hər müsəlmanın vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün kişi müsəlmanlar müəyyən qüvvə sərf etməli olurlar, biz qadınlar üçün isə başörtüsü geyməyimiz kifayətdir. Küçədə başörtülü qadını görənlər istər-istəməz Allahı xatırlayırlar və hər dəfə Rəbbimiz buna səbəb olan müsəlman xanımı mükafatlandırır. Təsəvvür edin, başörtülü qadın nə qədər lütf və bərəkət sahibi olur! Bir kəlmə söz söyləmədən belə o artıq insanların düşüncəsini Yaradana doğru yönəltmiş olur!

  Hicab iman etmiş müsəlman qadın üçün yerinə yetirilməsi vacib olan əmrlərdəndir. Dünyaya gələrkən aldığı o cazibəli fiziki qəlibi gizlətməklə hicab qadının təkrarolunmaz şəxsiyyət və bir fərd kimi qiymətləndirilməsinə imkan yaradır. Günümüzdə yalnız bu geyim qadına heç nə ilə müqayisə olunmayan sevinc və hüzur hissi verir.

   Sirr deyildir ki, müasir həyatın ritmi insanda əsəbilik, yüksək emosiaonal gərginlik yaradır. Buna, eyni zamanda bizim daima kənar, yad insanların araşdırıcı və qiymətverici baxışlarını öz üzərimizdə hiss etməyimiz səbəb olur. Qadınların bir çoxu hicab geydikdən sonra özlərini qorunmuş hiss etdiklərini deyirlər. Hicab geyməyi müsəlman qadına Allah əmr etmişdir və Onun əmrini yerinə yetirmək insana heç nə ilə müqayisə olunmayacaq mənəvi rahatlıq, hüzur və xatircəmlik hissi verir.

  Bu kitab hicabı necə geymək, onu necə gözəl şəkildə “daşımaq”, mümkün şübhələri necə dəf etmək, hicablı geyimdə necə işə düzəlmək – ümumiyyətlə, müasir cəmiyyətdə iman etmiş müsəlman və xoşbəxt qadın olaraq necə yaşamaq haqqında danışır.

YARADANIN  HİKMƏTİDİR

İslami qəbul etdikdən sonra iki il rəfiqələrimi hicab geyməyin vacib və önəmli şərt olmadığına inandırmağa sərf etdim. Arqumentlərimdən biri də bu idi ki: “Zahirdə olan deyil, daxildə olan daha önəmlidir”. Daxili dəyərlər, əlbəttə ki, önəmlidir. “Daxildə olan əsasdır” yolu ilə gedərkən öz daxili aləmimi araşdırdım, təkmilləşməyə çalışdım.

Örtünmənin əsas olmadığını sübuta yetirməyə çalışdığım iki il ərzində məsələnin mahiyyətinə o qədər vardım ki, özüm də bilmədən hicabın zəruri və örtünmənin fərz olduğu qənaətinə gəldim. Yaradana iman etmiş hər bir qadın bunu yaşayır, kimisi həmən islamı qəbul etdiyi gün, kimisi örtünmə yaşına çatdıqda, kimisi dinini daha dərindən öyrənməyə başladıqda – gec və ya tez “iman etmiş qadın örtünməlidir” qənaətinə gəlir. Böyük ehtimalla, məhz bu hal – daxilin zahiri normaları inadla tələb etdiyi hal “daxili hicab” adlanır. Gəlin baxaq, nə üçün zahiri olan bir şey bu qədər vacibdir...

Ardı var...

Tərcümə etdi: Zülfiyyə Əmrahlı 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB