"Ailə Akademiyası" layihəsi çərçivəsində yay məktəbi sona çatdı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram ofisinin (TİKA)nın “Ailə dəyərlərinin inkişafı”  layihəsi çərçivəsində  “Aydınlığa doğru” milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin “Ailə akademiyası” layihəsinin yay   məktəbi  1-5  iyul tarixlərində  Azərbaycanın şəfalı guşələrindən biri - Qubada  keçirilib.

Bakının Binəqədi rayonunun 31 məktəbindən 300-ə yaxın yuxarı sinif  şagirdi, valideyn və müəllimlərin iştirak etdikləri yay məktəbi pedaqoq  və psixoloqları çox maraqlı proqram əsasında təşkil edilib. Hər gün saat 07:00-da Bakıdan çıxan  rahat avtobus 10:00-da yay məktəbi iştirakçılarını “Qırmızı Qərənfil” istirahət  mərkəzinə gətirir.  Burada həm valideynlər, həm  məktəblilərlə ailə dəyərlərinə yönələn təlimlər, oyunlar, tok-şoular keçirilir, qaliblər mükafatlandırılırlar.    Günün   sonunda şagirdlərin hər birinə  sertifikatlar təqdim olunur.  Saat 19:00-da Bakıya qayıdan şagirdlər, valideynlər, müəllimlər yay məktəbindən gün ərzində aldıqları dərin təəssüratlarla qayıtdıqlarını dönə-dönə məktəbin təşkilatçılarına, xüsusilə bu işə dəstəyini əsirgəməyən Təhsil Nazirliyinə və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram ofisinə  (TİKA) dərin   təşəkkürlərini  bildirir və gələcəkdə “Ailə akademiyası” layihəsinin  fəal  iştirakçıları olmaq istədiklərini söylədilər.

Yay məktəbinin işinin işıqlandırılması məqsədilə “Aydınlığa doğru” milli-mənəvi Dəyərlərin Qorunması İctima Birliyinin nəznində fəaliyyət göstərən ADTV online televiziyasının əməkdaşları bu  işə qoşuldular.  Bu günlərdə  baş tutan hər bir maraqlı görüş və söhbətlər ADTV-nin verlişlərində öz əksini tapacaq.

 

Aydınlığa doğru” İctimai Birliyinin

mətbuat xidməti

 

 

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB