“Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüş keçiriləcək

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi davamlı layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində görüşlərini davam etdirir. Növbəti görüşün qonağı gənc yaşlarından klassik ədəbiyyata meyl etmiş, gözəl qəzəllər müəllifi olan Arif  Buzovnalıdır. Bir-birindən gözəl beş kitab müəllifi və geniş dünyagörüşünə malik şəxsiyyət olan Arif Buzovnalı eyni zamanda mətbuatda müxtəlif mövzularda məqalələrlə çıxış edir.

Sizləri bu görüşdə gözləyir və mənsubu olduğunuz media orqanlarında onu işıqlandırmağı xahiş edirik.

Görüş 4 fevral 15:00-da “Aydınlığa doğru” İctimai Birliyinin ofisində keçiriləcək.

 

Ünvan: M.Rəsulzadə qəs., C.Məmmədquluzadə küç., 27 (Nəsimi m\s yaxınlığı)

Telefon: 050 359 72 72; 055 921 05 07; 012 560 35 60

 

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması

İctimai Birliyinin mətbuat xidməti

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB