Gözlərin çox şeyi görmürsə, görmədiklərin yoxdur deyə bilməzsən. Qulaqların bütün səsləri duya bilmirsə, eşitmədiyin səsləri inkar etməyə haqqın yoxdur. Sənin beynin çox şeyi dərk edə bilməsə də, dərk edə bilmədiyin bir çox həqiqətlər var. Bu həqiqətlərdən biri də başımıza gələn müsibətlərdə belə bizim üçün bir xeyrin olmasıdır. Hər şeydə bir xeyrin olması isə Allahın öz bəndələrinə bir lütfüdür.
Bu gün - oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur.
XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
İren İsgəndər qızı Məlikova Rusiyada məlum bolşevik inqilabı baş verən gün - 7 noyabr 1917-ci ildə Sankt-Peterburq şəhərində ziyalı ailəsində göz açmışdı.