Gündəm

Qurbandan söhbət açdıqda İbrahim və İsmayıl (əs) anmamaq mümkün deyildir, çünki Qurban demək, İbrahim və İsmayıl deməkdir. İbrahim peyğəmbər Allahdan bir saleh övlad istəməsindən sonra röyasında onu qurban etmə və qoyun kimi yatırıb kəsmə əmri alır. Bu, öz rəbbinə vəfa və sədaqət əlaməti olaraq yerinə yetirilən qurban ayini əslində bizlər üçün böyük bir ibrət lövhəsidir.

Ərəfə günü Qədr gecəsi ilə rəqabət apara biləcək bir gündür. Belə ki, əgər Qədr gecəsi gecələrin ən fəzilətlisidirsə, Ərəfə günü də il ərzindəki günlərin ən üstündür. Peyğəmbər (s) deyib: "Allah qatında Ərəfə günündən daha fəzilətli gün yoxdur...".

Himnimizin söz yazarı Əhməd Cavad və onun min bir məşəqqətə sinə gərən gözəl xanımı Şükriyyə xanımın acı taleyi..Kulis.az saytına istinadən bu maraqlı araşdırmanı sizə təqdim edirik.

Zülhiccə ayı ən mübarək aylardan biridir. Bu ayı bu qədər mübarək edənsə Həcc ziyarəti, Qurban bayramı və Zülhiccə ayının ilk 10 gününün ibadət və orucudur. Dörd mübarək (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) aylardan biri olan Zülhiccə ayı barədə Qurani Kərimdə bir neçə ayə var. 

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. Ans.press saytına istinadən verilən məlumata görə 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. 

Pages

Aydınlığa Doğru İB | Copyright © 2015

Created by ONNEKS LAB